Masallıda məmur oğlu maşınla 11 yaşlı oğlanı vurdu
Bizi izləyin

Hadisə

Masallıda məmur oğlu maşınla 11 yaşlı oğlanı vurdu

Masallıda avtomobil yolu keçmək istəyən 11 yaşlı oğlanı vurub.

APA-nın verdiyi məlumata görə, qəza Masallıda parklardan birinin qarşısında qeydə alınıb. Masallı sakini 2006-cı il təvəllüdlü Ziya Anar oğlu Gülverdiyev yolu keçmək istəyərkən onu “Mitsubishi” markalı avtomobil vurub.

Yaralı dərhal Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Fakt araşdırılır.

Masallı Rayon Yol Polisi Şöbəsinin rəisi İkram Məmmədov APA-nın müxbirinə hadisəni törədən sürücünün Masallı Dövlət Arxiv İdarəsinin rəisi Daşqın Nəzərovun oğlu olduğunu bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm