Bakıda yüngül əxlaqlı qadın əcnəbini soydu
Bizi izləyin

Hadisə

Bakıda yüngül əxlaqlı qadın əcnəbini soydu

Bakıda əcnəbi ölkə vətəndaşının pulu və əşyaları oğurlanıb.

Publika.az bildirir ki, İrlandiya vətəndaşı, 1980-ci il təvəllüdlü Ceyms Entoni polisə müraciət edərək, tanımadığı qadın onun 300 manat pulunu, noutbukunu və mobil telefonunu oğurladığını vurğulayıb. Şikayətçinin sözlərinə görə, bir neçə gün əvvəl paytaxtda bir qadınla tanış olub və daha sonra həmin qadını şəhərdən bir qədər kənarda – Şıxovda yerləşən “Green City”yə aparıb.

Eyni zamanda, lent.az-a istinadən bildirək ki, burada onlar cinsi əlaqədə olub və Ceym Entoni hamamda olarkən həmin qadın pulu və qiymətli əşyaları götürərək qaçıb. Müraciət əsasında araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm