Tovuzda qonşular arasında dava düşdü
Bizi izləyin

Hadisə

Tovuzda qonşular arasında dava düşdü

Faktla bağlı araşdırma aparılır.

Tovuz rayonunda qonşular arasında dava düşüb.

"Report"un məlumatına görə, hadisə rayonun Nəriman Nərimanov küçəsində baş verib.

Tovuz rayon sakini, Vüqar Vaqif oğlu Əsgərov hələ ki, bilinməyən səbəbdən qonşusu ilə mübahisə edib. Bu zaman onun üz və çənə nahiyəsinə kəsici alətlə xəsarət yetirilib.

Xəstəxanaya yerləşdirilən yaralıya həkimlər tərəfindən tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm