Ağdaşda AĞIR QƏZA: yük və minik avtomobili KÜL OLDU - FOTO (YENİLƏNİB)
Bizi izləyin

Hadisə

Ağdaşda AĞIR QƏZA: yük və minik avtomobili KÜL OLDU - FOTO (YENİLƏNİB)

Ağdaşda iki avtomobilin toqquşması nəticəsində baş verən yanğın söndürülüb.

"Report"un Şirvan bürosu xəbər verir ki, yanğın zamanı "VAZ-2107" markalı avtomobildə olan beş sərnişindən biri yüngül xəsarət alıb.

Hadisə yerinə gələn təcili tibbi yardım briqadası ona yardım göstərib.

***

Ağdaşda iki avtomobilin toqquşması nəticəsində yanğın baş verib.

"Report"un Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Ağzıbir və Pirəzə kəndləri arasında qeydə alınıb.

Belə ki, Pirəzə kənd sakini Alı Məbud oğlu Aslanovun idarə etdiyi köhnə QAZ-53 markalı yük maşını Qəbələ sakininin idarə etdiyi VAZ-2107 markalı avtomobillə toqquşub. Qəza nəticəsində hər iki avtomobil alovlanıb.

Avtomobildə olan şəxsləri çıxarmaq mümkün olub. Xəsarət alanların olub-olmaması barədə məlumatlar dəqiqləşdirilir.

Hazırda yanğın söndürülür.

Hadisə yerinə polis əməkdaşları gəlib, araşdırma aparır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm