Hirkan Milli Parkında GÜCLÜ YANĞIN - YENİLƏNDİ
Bizi izləyin

Hadisə

Hirkan Milli Parkında GÜCLÜ YANĞIN - YENİLƏNDİ

Hirkan Milli Parkı ərazisində baş vermiş yanğın tam lokallaşdırılıb Hirkan Milli Parkının yüksək dağlıq ərazisində avqustun 7-si saat 13 radələrində başlamış yanğın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının ciddi səyləri nəticəsində tam lokallaşdırılıb.

Nazirlikdən Publika.az-a verilən məlumata görə, yanğının digər ərazilərə keçməsinin qarşısı alınıb. Hazırda közərən sahələrin söndürülməsi üçün mümkün olan bütün vasitələrdən, əsasən əl əməyindən istifadə edilir. Qeyd edək ki, yanğın yüksək dağlıq ərazidə baş verdiyi üçün onun söndürülməsində çətinliklər yaranıb. Naməlum səbəblərdən baş vermiş yanğın təxminən 1 hektara yaxın ərazini əhatə edib, nazirliyin əməkdaşlarının səyləri nəticəsində ağaclara ciddi ziyan dəyməyib, quru ot və kol örtüyü yanıb. Havaların isti və quraq keçməsi ilə əlaqədar ETSN əhalini təbiət qoynunda olarkən bir daha odla ehtiyatlı olmağa, yanğın təhlükəsizliyi qaydalarına riayət etməyə çağırır.

***

Hirkan Milli Parkının yüksək dağlıq ərazisində baş vermiş yanğın tam lokallaşdırılıb.

Bu barədə Publika.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova məlumat verib. Onun sözlərinə görə, yanğının tam söndürülməsi istiqamətində iş aparılır.

“Yanğın yüksək dağlıq ərazidə baş verdiyindən söndürülməsi üçün əl əməyindən istifadə edilir. Əməkdaşlarımız bütün qüvvələrini səfərbər edib, yanğını söndürməyə çalışırlar”.

***

Hirkan Milli Parkının yüksək dağlıq ərazisində avqustun 7-si saat 13 radələrində yanğın hadisəsi baş verib.

Publika.az xəbər verir ki, yanğının söndürülməsi üçün əraziyə Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar Nazirliklərinin yerli qurumlarının əməkdaşları cəlb olunub. Yüksək dağlıq ərazidə baş verən yanğının söndürülməsi üçün mümkün olan bütün vasitələrdən, əsasən əl əməyindən istifadə edilir. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi havaların çox isti keçməsi ilə əlaqədar əhalini bir daha təbiətdə olarkən odla ehtiyatlı olmağa, biçin zamanı yanğın təhlükəsizliyi normalarına riayət etməyə, söndürülməmiş siqaret kötüklərini ətrafa atmamağa, yanğın təhlükəsizliyi qaydalarına əməl etməyə və xalqımızın milli sərvəti olan meşələrimizi qorumağa çağırır.

***

Hirkan Milli Parkında yanğın başlayıb.

"Report"un Cənub bürosunun verdiyi məlumata görə, hadisə parkın Lənkəran rayonunun Biləsər kəndinə yaxın yüksək dağlıq ərazidə yerləşən hissəsində baş verib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova "Report"a bildirib ki, avqustun 7-də saat 13:00 radələrində Hirkan Milli Parkında yanğın başlayıb:

"Hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları hadisə yerindədirlər. Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinə də məlumat verilib. Yanğın baş verən ərazi yüksək dağlı ərazidə yerləşdiyi üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları əl əməyindən istifadə edərək yanğını söndürməyə çalışırlar".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm