Hadisə
Sumqayıtda DƏHŞƏTLİ OLAY: küçədə zorla intim münasibətə girdiyi qız ÖLDÜ - ŞOK TƏFƏRRÜAT - (YENİLƏNDİ)
Daxili İşlər Nazirliyi Sumqayıtda törədilən qətllə bağlı məlumat yayıb.
Publika.az-ın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, avqustun 7-də Sumqayıt şəhəri 1-ci mikrorayon ərazisində şəhər sakini Sevda Bayramovanın meyiti tapılıb.
Sumqayıt şəhər Prokurorluğu və Şəhər Polis İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qadının şəhər sakini Fəttah Nuriyev tərəfindən boğularaq öldürülməsi müəyyən edilib.
Görülən tədbirlər nəticəsində F. Nuriyev tutulub. Faktla əlaqədar cinayət işi başlanılıb.
***
Sumqayıt şəhərində baş vermiş qətl hadisəsinin təfərrüatı məlum olub.
Publika.az “Report”a istinadən xəbər verir ki, 1988-ci il təvəllüdlü Fəttah Nuriyev 1982-ci il təvəllüdlü Sevda Bayramova ilə küçələrdən birinin dalanında zorla cinsi əlaqədə olub. Zorlama zamanı S.Bayramova qışqırıb. Onun səsinin başqaları tərəfindən eşidilməməsi üçün F.Nuriyev qadının ağız və burnunu əli ilə tutub. Bu zaman qadın boğularaq ölüb. S.Bayramovanın meyitini orada qoyub qaçan F.Nuriyevi polis saxlayıb.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda cinayət işi başlanıb. Araşdırmalar davam etdirilir.
-
Dünya10:15
Bayden İsrailə bu İsrail şəhərinə hücumu qadağan etdi: Rusiya ələ saldı
-
Nida Xəbər 09:30
Bakıda bu ərazi sökülür - Sakinlər narazıdır
-
Avropa09:00
Putinin sabiq həyat yoldaşı Lyudmilanın hazırkı ərinin villası bu ölkədə müsadirə edildi
-
Nəqliyyat08:25
Paytaxtın bu yollarında tıxac yarandı - SİYAHI
-
Sağlamlıq07:37
Yaz aylarında infarkt riski artır - Hansı tədbirləri görmək lazımdır?
-
Ekopublika.az07:25
Azərbaycanda bəzi ərzaq məhsulları ucuzlaşdı - VİDEO
-
Nida Xəbər 02:19
Paris Bakı ilə münasibətlərin normallaşması üçün addım atmasa... - Hadisələr necə inkişaf edəcək?
-
Qoroskop00:46
Günün qoroskopu: şəxsi həyatınızda ciddi dəyişikliklər ola bilər