“Ayağıma çoxlu qəlpə dəydi” – Ermənilərin yaraladığı 13 yaşlı Ramin danışdı – VİDEO - FOTO
Bizi izləyin

Hadisə

“Ayağıma çoxlu qəlpə dəydi” – Ermənilərin yaraladığı 13 yaşlı Ramin danışdı – VİDEO - FOTO

Tovuzun düşmənlə sərhəddə yerləşən Qaralar kəndi tez-tez atəşə məruz qalır.

Publika.az ARB 24-ə istinadən xəbər verir ki, ermənilər daha çox əhalini təsərrüfat sahələrində işləyən zaman atəşə tutur.

Avqustun 7-də axsam saatlarında erməni silahlı qüvvələrinin növbəti dəfə atəşkəsi pozması nəticəsində kənd sakini 13 yaşlı Ramin Yusifov atla ot gətirərkən yaralanıb.

Anası İlhamə Yusifova bildirib ki, 1 həftə əvvəl də erməni silahlı qüvvələri uşağı həfdəfə alıb atəş açıblar, amma xoşbəxtlikdən güllə dəyməyib.

Raminin atası Sabir Yusifov isə bildirib ki, çölə çıxmaları üşün dinc əhaliyə imkan vermirlər.

Ramin Yusifov isə hadisə ilə bağlı bunları deyib:

“Güllə gəlib yanıma düşüb partladı. Qılçama çoxlu qəlpə dəydi, mən də tez evə qaçdım”.

İcra nümayəndəsinin sözlərinə görə, evlərin, mülki sakinlərin ermənilərin hədəfinə məruz qalmaması üçün ordu tərəfindən müəyyən tədbirlər görülür. Hazırda kənddə nisbi sakitlik hökm sürür.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm