“Qalendevagen”in dəhşətli qəzasından ŞOK GÖRÜNTÜLƏR - VİDEO
Bizi izləyin

Hadisə

“Qalendevagen”in dəhşətli qəzasından ŞOK GÖRÜNTÜLƏR - VİDEO

Bakıda Heydər Əliyev prospektində qəzaya düşərək iki nəfərin həyatına son qoyan “Mersedes Qalendevagen” markalı, 10 PP 203 dövlət nömrə nişanlı avtomobilin son görüntüləri yayılıb.

Publika.az xəbər verir ki, video qəzadan sonra çəkilib. Görüntülərdə hadisənin necə baş verdiyi izah olunur. Aydın görünür ki, avtomobil yüksək sürətlə hərəkət edirmiş. Qəflətən qarşısına çıxan piyadanı vuraraq sağa istiqamət alıb. Təkər partladığı üçün avtomobilin diskləri asfalt üzərində dərin iz buraxıb. Daha sonra avtomobil səkiyə dəyərək aşıb və yanmağa başlayıb.

Hazırda yanaraq yararsız hala düşən avtomobil Bakıdakı cərimə meydançalarından birində saxlanılır.

Qeyd edək ki, qəza nəticəsində iki nəfər ölüb, 3 nəfər xəsarət alıb. Yaralılardan biri Baş nazirin müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyevdir. O, həbs edilib. Digər iki yaralı isə Türkiyə vətəndaşlarıdır. Ölənlərdən biri “Qalendevagen”in vurduğu piyada, digəri isə sürücü Mehdi Əliyevdir. (Avtosfer.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm