• USD 1,7000 0,00% EUR 1,9479 0,00%
    • GBP 2,2135 0,00% RUB 0,0259 0,00%

Bakıda küçə itləri jurnalistə hücum etdilər

Bakıda küçə itləri jurnalistə hücum etdilər

Azərbaycanda sahibsiz itlərin sayı günü-gündən çoxalır. Hər küçədə ən az 4-5 sahibsiz it görmək olar. İtlərin yoldan keçən sakinlərə hürməsi, hətta hücum çəkməsi ilə bağlı dəfələrlə şikayətlər olub. Yerli camaatı daim narahatlıq içində saxlayan hadisə bu dəfə jurnalist Ağanisə Sultanovanın başına gəlib.

Publika.az xəbər veri ki, Bibiheybet məcsidindən jurnalistler üçün tikilən bina istiqamətində yolla gedərkən qəfildən küçə itlərinin hücumuna məruz qalıb. Ətrafdakı insanların köməyi ilə Kliniki Tibbi Mərkəzə aparılıb.

O bu barədə özünün feysbuk hesabında yazıb:

"Bu gün ilk dəfə özümü çox gücsüz hiss etdim. Hələ də kabus görürəm. Hər gün pəncərədən dayanacaqdakı adamlara baxırdım. Dayanacaqda dayanan insanlara hürən, hücum çəkən küçə itlərini görəndə fikirləşirdim ki, görən bu gün kim onların qurbanı olacaq? Bir neçə saat sonra evdən çıxıb dayanacağa doğru getdim. Qəfildən bir neçə it üstümə hücum çəkdi. Yolda onlarla avtomobil dayanmışdı. Tanımadığım insanlar mənə kömək etməyə çalışırdılar. Özümdə olmasam da, mərhəmətli insanların və jurnalist qardaşım Etibar Cəbrayıloğlunun övladı Turalın yardımı ilə xəstəxanaya getdim. Həmin an hələ də gözlərimin önündən getmir. Özünüzü və övladlarınızı küçə itlərindən qoruyun. Mənə yardım edən tanımadığım bütün insanlara təşəkkür edirəm. Ömür boyu duaçınız olacam".

Könül Cəfərli

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>