Hadisə
Bakıda azyaşlıya qarşı seksual hərəkətlər edən şəxs həbs edilib
Azyaşlıya qarşı cinayət törətməkdə şübhəli bilinən şəxs həbs edilib.
Publika.az az bildirir ki, bu barədə Bakı şəhər Prokurorluğundan APA-ya məlumat verilib. Məlumata görə, Bakı şəhər sakini, azyaşlı Nigar Hüseynovaya (ad, soyad şərtidir) qarşı 1983-cü il təvəllüdlü Abbas Murad tərəfindən seksual xarakterli zorakılıq hərəkətləri edilməsi faktı ilə əlaqədar avqustun 8-də Səbail rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri etmə) maddəsi ilə cinayət işi başlanıb.
İş üzrə məhkəmə-tibb ekspertizası təyin edilib, şahidlər dindirilib və digər təxirəsalınmaz istintaq hərəkətləri aparılıb. Həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində A. Murad şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. O, iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək Cinayət Məcəlləsinin qeyd olunan maddəsində nəzərdə tutulan ittiham elan edilməklə barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!
-
Hadisə24 Aprel 21:49
Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar etdi
-
Magazin124 Aprel 21:05
O getdi, mən də daha yoxam! - Əməkdar artist səhnə ilə vidalaşdı