Şirvanda qəribə məxluq peyda oldu - VİDEO
Bizi izləyin

Hadisə

Şirvanda qəribə məxluq peyda oldu - VİDEO

Şirvan sakini həyətində qəribə bir heyvan tapıb.

Publika.az ARB TV-yə istinadla xəbər verir ki, Ağasəməd İbrahimov canlını tutmağa nail olub.

Araşdırmalardan sonra məlum olub ki, bu heyvanın latınca adı "Vurmela perequsna"dı. Nadir ekzotik yırtıcı olan perequsnanın yayılma arealı şimal-qərbi Monqolustan, Çin, Balkan yarımadası Ön Asiya və Qərbi Avropadır.

Yırtıcının gövdəsinin uzunluğu 40 sm-ə yaxın, çəkisi 750 qramdır. Canlıya Aran bölgəsində rast gəlinməsi maraq doğurur. Hazırda yırtıcıya qida kimi qaynadılmış yumurta verilir.

Canlının zooparka və ya həvəskar ekzotik heyvan kolleksiyaçılarına verilməsi nəzərdə tutulub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm