Türkiyədən gələn 3 uşaq atasından Goranboyda arvadına qarşı DƏHŞƏTLİ ADDIM - Şok TƏFƏRRÜAT - (YENİLƏNDİ)
Bizi izləyin

Hadisə

Türkiyədən gələn 3 uşaq atasından Goranboyda arvadına qarşı DƏHŞƏTLİ ADDIM - Şok TƏFƏRRÜAT - (YENİLƏNDİ)

Hadisə ilə bağlı Publika.az-a məlumat verən kənd icra nümayəndəsi Əfqan Tağıyev bildirib ki, Amil Abdullayevlə həyat yoldaşı Samirə Nəbiyeva arasında münasibətlər bir il əvvəldən pozulub.

“Sonuncu dəfə bundan əvvəlki davalarında qadın zəhər içərək özünü öldürməyə çalışmışdı. Onlar arasında münasibət Amil Türkiyədən qayıdandan sonra başladı. Amil Türkiyəyə gedib özünə fabrikdə iş tapmışdı. Sonra da gəlib ailəsini özü ilə aparmaq istədi. Lakin həyat yoldaşı Samirə Nəbiyeva onunla Türkiyəyə getmək istəmədiyini dedi. Bundan sonra da onların münasibətləri pozuldu. Qadın atasının evinə qayıtdı”.

İcra nümayəndəsi deyir ki, həmin münaqişədən sonra S.Nəbiyeva atasının evində yaşayır: “Bu gün isə Samirə bulaqda su dolduranda, Amil də oradan keçirmiş. Amilin ifadəsinə görə, aralarında münaqişə olub. Samirə bulağın yanındakı şüşə “butulka” ilə Amilin üstünə gəlib. O da əlindən alıb və sonra da üzünü kəsib. Hadisədən sonra Amil polisə təslim olub”.

Ə.Tağıyev onları barışdırmaq üçün də dəfələrlə kəndin ağsaqqallarının cəhd etdiyini, lakin hər iki tərəfin təsrliyinə görə bunun mümkün olmadığını deyib: “Amil özü həyat yoldaşı ilə barışmaq üçün mənim yanıma gəlmişdi. Kənd ağsaqqalları onları barışdırmaq istədi, ancaq qadın razı olmadı. Amil çətin xarakterli adamdır. Valideynləri, bütün yaxınları ondan imtina edib. Heç bir qohumu onunla danışmır. Rəsmi nikahları olmadığına görə boşanma da olmayıb. Üç uşağı var, həyat yoldaşı evdən gedəndə qızlarını özü ilə aparıb, oğlu isə atasının yanında qalıb. İndi Amil oğlu ilə birlikdə sahələrdə işləyir, çörək pulu qazanır. Oğlundan başqa, heç kimi yoxdur, ona sahib çıxan lazımdır”.

***

Goranboyda ər arvadına ağır xəsarət yetirib.

Hadisə rayonun Xınalı kəndində baş verib.

Belə ki, kənd sakini, 1976-ci il təvəllüdlü Amil Vahid oğlu Abdullayev həyat yoldaşı, 1980-ci il təvəllüdlü Samirə Vəraşil qızı Nabiyevanı küçədə döyüb, daha sonra üz və baş hissəsini şüşə qırıntısı ilə kəsib. Yaralı qadın xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir. A.Abdullayev isə hadisə yerindən qaçıb.

Hazırda Goranboy Rayon Polis Şöbəsinin əməkdaşları A.Abdullayevi axtarır.

Qeyd edək ki, ailənin 3 övladı var. (report)

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm