Eldar Sultanovun yaxın qohumu avtoqəzada öldü - TƏFƏRRÜAT (YENİLƏNDİ)
Bizi izləyin

Hadisə

Eldar Sultanovun yaxın qohumu avtoqəzada öldü - TƏFƏRRÜAT (YENİLƏNDİ)

Abşeronda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Publika.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, avqustun 10-da saat 10:00 radələrində Abşeron rayonunun Saray qəsəbəsində yerli sakin Vüqar Cavadov idarə etdiyi “Hyundai” markalı avtomobillə yol kənarında duran Sumqayıt şəhər sakini Ramil Əliyevi vurub. Nəticədə piyada hadisə yerində ölüb.

Abşeron RPİ tərəfindən araşdırma aparılır.

***

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanova ağır itki üz verib.

Publika az xəbər verir ki, Eldar Sultanovun bacısı oğlu Ramil 35 yaşında vəfat edib.

Allah rəhmət eləsin!

Könül

Oxumağa davam et
Reklam
Reklam

Gündəm