Şimali Kiprdə Azərbaycanlı qadını ölümcül döyüb xəstəxanalıq etdilər
Bizi izləyin

Hadisə

Şimali Kiprdə Azərbaycanlı qadını ölümcül döyüb xəstəxanalıq etdilər

Şimali Kiprdə azərbaycanlı qadın Nahidə Qarayeva birlikdə yaşadığı kişi tərəfindən döyülərək xəstəxanalıq edilib.

Hadisə Qaziantepdə baş verib.

Türkiyəyə iş icazəsi ilə gəlib çalışmağa başlayan qaziantepli Osman Tanrıöver bir aydır ki, birlikdə yaşadığı azərbaycanlı 39 yaşlı Nahidə Qarayevanı 10 yaşlı uşağın gözü qarşısında döyüb.

O.Tanrıöverin əlindən çətinliklə xilas olub qaçan qadın başından aldığı zərbələr nəticəsində İnönü kənd qəbiristanlığının yanına çatanda huşunu itirərək yol kənarına yıxılıb.

Ağır vəziyyətdə olan qadını Akdoğan Sağlamlıq Müəssisəsinin təcili yardım maşını ilə Qazimağsua Dövlət Xəstəxanasına çatdırıblar. Xəstəxanada müayinə zamanı qadının başından ağır zədələr aldığı məlum olub. Başına tikiş qoyulan qadın müşahidə altına alınıb.

N.Qarayevaya qarşı zor tətbiq edən Osman Tanrıöver isə Dörtyol polisi tərəfindən həbs olunub.

Hadisə ilə əlaqədar polis tərəfindən istintaq aparılır. (virtualaz.org)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm