Hadisə
Şamaxıda avtomobil dərəyə aşıb, 8 nəfər xəsarət alıb
Şamaxı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Publika.az APA-ya istinadən bildirir ki, hadisə bu gün gecə saat 22:30 radələrində Şamaxı-Pirqulu avtomobil yolunun Nağaraxana kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Şamaxı sakininə məxsus “VAZ 2106” markalı minik avtomobili
yoldan çıxaraq 70 metr dərinliyi olan dərəyə aşıb. Hadisə zamanı
avtomobildə olan 8 nəfər ağır bədən xəsarətləri ilə aldığı üçün
Şamaxı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Onlardan 3-ün vəziyyəti daha ağır olduğu üçün onlar reanimasiya
şöbəsinə yerləşdirilib. Məlumata görə, yaralıların hamısı
restoranlardan birində ofisiant işləyirlər və onlar toy
mərasimindən çıxaraq evə gedərkən hadisə baş verib.
Xəsarət alanların şəxsiyyətləri müəyyənləşdirilir. Faktla bağlı Şamaxı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!