
Ötən gecə Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 250 m2 olan plasmas boru sexinin yanar konstruksiyaları, içərisində olan plastmas materialları və 5 ədəd dəzgah yanıb.
Publika.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yanğın yaxınlıqdakı tikililərə də keçib.
Yanğın saat 01:59-da yanğınsöndürənlər tərəfindən söndürülüb.