Hadisə
Dünya çempionunu yumruqla öldürən azərbaycanlının axtarışına xüsusi komanda cəlb edildi
Pauerliftinq üzrə dünya və Avropa çempionu Andrey Draçyovun qətlində şübhəli bilinən şəxs Uzaq Şərq federal dairəsinin bütün regionlarında polis tərəfindən axtarılır.
Publika.az xəbər verir ki, bu haqda “İnterfaks” agentliyinə Rusiya Daxili İşlər Nazirliyinin Xabarovsk üzrə idarəsinin KİV-lə əlaqələr üzrə mütəxəssisi Kiril Blinov bildirib.
Onun sözlərinə görə, hüquq-mühafizə orqanlarının əməkdaşları Uzaq Şərqin bütün nəqliyyat qovşaqlarına diqqətlə nəzarət edirlər. Qatili ağır cinayətlərin açılması üzrə ixtisaslaşan təcrübəli tədqiqatçıların komandası axtarır.
Həmçinin müstəntiqlər şübhəli şəxsin tanışlarının dairəsini yoxlayırlar. Şübhəli şəxsin qaydasız döyüş üzrə idmançı olduğu barədə informasiya isə təsdiqlənməyib.
Xatırladaq ki, dünən səhər Andrey Draçyov Xabarovskda kafenin qarşısında bir nəfərlə dalaşan zaman başından aldığı zərbə nəticəsində xəstəxanada ölüb.
Qazeta.ru saytı A.Draçyovu öldürən şəxsin Azərbaycan əsilli 25 yaşlı Anar Ziranov olduğu, onun döyüş idman növləri ilə məşğul olduğunu yazıb. Digər məlumatlara görə, A.Draçyovu öldürən şəxs Amur sakini olan 1992-ci il təvəllüdlü Allahverənov Anar Əliyar oğludur.
Ömər Dağlı
-
Qarabağ 17:13
Xankəndidə ilk körpə dünyaya gəldi - FOTO
-
Qarabağ 16:38
Bu ölkələr Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik
-
Rəsmi xronika16:13
Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq
-
Nida Xəbər 16:08
SON DƏQİQƏ: Qazaxın azad edilən kəndində bayrağımız qaldırıldı - VİDEO
-
Rəsmi xronika15:28
Biz buna həm də ölkəni təqdim etmək fürsəti kimi baxırıq - Prezident
-
Nida Xəbər 14:46
Göyçə yolu bağlandı: Basarkeçərin 10 kəndi qaytarılır?
-
Kriminal14:33
Azərbaycanda kişi arvadını qətlə yetirməsini lentə aldı - İNANILMAZ FAKTLAR
-
Hadisə14:03
Azərbaycanın Koreyadakı səfirinin ailəsində AĞIR İTKİ