FHN Gürcüstana yanğının söndürülməsi üçün ikinci HELİKOPTER GÖNDƏRDİ
Bizi izləyin

Hadisə

FHN Gürcüstana yanğının söndürülməsi üçün ikinci HELİKOPTER GÖNDƏRDİ

Azərbaycan Gürcüstanda Borjomi-Xaraqulsk qoruğunda meşə yanğınlarının söndürülməsi üçün ikinci helikopter göndərib.

Publika.az APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstanın Milli Meşəçilik Agentlyi məlumat yayıb.

Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin birinci helikopteri artıq adıçəkilən qoruq yaxınlığında yerləşən Daba kəndində yanğının söndürülməsinə cəlb olunub. Ərazidə əsən güclü külək yeni yanğın ocaqlarının yaranmasına səbəb olub.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyevin tapşırığına əsasən,Fövqəladə Hallar Nazirliyi Gürcüstanın Borjomi-Xaraqulsk qoruğunda baş vermiş meşə yanğınlarının söndürülməsinə kömək məqsədilə bu gün helikopter göndərib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm