• USD 1,7000 0,00% EUR 1,9649 -0,12%
    • GBP 2,2393 +0,21% RUB 0,0260 +0,38%

Prokuror İŞİD-ə dəstək verən terrorçulara cəza istədi

Prokuror İŞİD-ə dəstək verən terrorçulara cəza istədi

İŞİD terror qruplaşmasına dəstək nümayiş etdirməkdə və terrorçuluqda təqsirli bilinən Aydın Gülməmmədov və Əmrah İmanovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Publika.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrlik etdiyi prosesdə dövlət ittihamçısı çıxış edib.

O, Aydın Gülməmmədovun 14 il, Əmrah İmanovun isə 10 il azadlıqdan məhrum edilməsini istəyib.

İttihama görə, təqsirləndirilən şəxslər digərləri ilə əlaqəyə girərək İŞİD-ə dəstək nümayiş etdiriblər. Onlar İŞİD-ə dəstək videosu çəkərək internetə yerləşdirmək istəyiblər.

Dəstədən Aydın Gülməmmədov və Əmrah İmanov saxlanılsa da, Zaur və Fuad adlı şəxslərlə bağlı axtarış elan edilib.Bundan əlavə, Ağamirzə Quliyev adlı şəxs saxlanılan zaman polisə müqavimət göstərib, baş vermiş qarşıdurmada öldürülüb.

İstintaq müəyyən edib ki, Fuad Rüstəmov, Ağamirzə Quliyev, Aydın Gülməmmədov və digərləri ölkə hüdudlarından kənarda fəaliyyət göstərən radikal dini terrorçu silahlı birləşmələrin nümayəndələrinin internet vasitəsi ilə göndərdikləri gizli tapşırıqlar əsasında terror təşkilatının Azərbaycanda “Qafqaz camaatı” adlı silahlı qolunun yaradıblar.

Onlar həmin quruma rəhbər seçiblər, təşkilatlanaraq dini ekstremizm zəminində digər şəxslərin cinayətkar fəaliyyətə cəlb edilməsi məqsədi ilə sövdələşmələr aparıb, qanunsuz olaraq odlu silah və partlayıcı vasitələr əldə ediblər, terror aktları və silahlı basqınlar törətməyə hazırlıq hərəkətləri görüblər.

Onlar müxtəlif tarixlərdə gizli toplaşaraq ölkədən kənarda fəaliyyət göstərən terror təşkilatının rəhbərinə mütləq tabeçiliklərini və sədaqət andını bəyan etmələrinin videoçəkilişini aparıb, cinayətkar niyyətlərinin həyata keçirilməsi, əlavə silah-sursat əldə edilməsi, vəsait toplanılması üçün tədbirlər görüb, ayrı-ayrı şəxslərə hədə-qorxu altında aylıq ödənişlər tətbiq edib, basqın ediləcək konkret şəxslərin güdülməsini həyata keçirib, ictimai qaydanı pozmaq, əhali arasında vahimə yaratmaq məqsədi ilə planlaşdırılan xüsusilə ağır cinayət əməlinin törədilməsi ilə bağlı dəstə üzvləri arasında vəzifə bölgüsü aparıblar.

Aydın Gülməmmədov və Əmrah İmanov Cinayət Məcəlləsinin 214-cü (terrorçuluq) maddəsinə əsasən ittiham edilirlər.

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>