Ağsudakı DƏHŞƏTLİ QƏTLİN TƏFƏRRÜATI: "Gördüm yerdə qanlar içərisində yatıb" - (YENİLƏNDİ)
Bizi izləyin

Hadisə

Ağsudakı DƏHŞƏTLİ QƏTLİN TƏFƏRRÜATI: "Gördüm yerdə qanlar içərisində yatıb" - (YENİLƏNDİ)

Publika.az-ın əməkdaşı Şamxal Şamıyevin qardaşı Əhməd Şamıyev və qızı Nərgiz ilə əlaqə saxlayıb və cinayətin təfərrüatı barədə soruşub.

Əhməd Şamıyev qardaşının ölümündən gecə saatlarında xəbər tutduğunu bildirib: “ Gecə bələdiyyədən gəldilər ki, qardaşın ölüb. Getdim, gördüm yerdə qanlar içərisində yatıb. Arvadı və balaca oğlu Zeynal yanındaydı. Dedim ki, a bala, niyə belə eləmisən, mənə heç nə demədi. Sənlik deyil dedi. Heç bir problemlərini bilmirəm, olubsa da, bizə bildirməyiblər”.

Qızı Nərgiz Şamıyeva isə bildirib ki, ailə qurandan sonra atası və anası arasında baş verənlərdən xəbərsiz olub: "İndi də bilmirəm niyə baş verib. Elə indi gəlmişəm, nə anamı görmüşəm, nə də qardaşımı. Elə atamın cəsədini indi görürəm. Heç nə bilmirəm”.

***

Ağsu rayon Gəgəli bələdiyyəsinin sədri Qürbət Kərimov Publika.az-a bildirib ki, sözügedən hadisə dünən gecə saatlarında baş verib:

“Şamıyeva Xalidə İkram qızı, məktəbli oğlu, 17 yaşlı Zeynal ilə əlbir olub Şamıyev Şamxal Əlikram oğlunu qətlə yetirib. Qadın oğlu ilə birlikdə atasını yatdığı yerdə əl-qolunu bağlayaraq balta ilə başından 8-9 zərbə endirib. Kişi hadisə yerində dünyasını dəyişib. Hazırda hadisə araşdırırlar”.

Q.Kərimovun sözlərinə görə, qadın daha əvvəl də yoldaşını tutdurmuşdu. O, ailənin problemli ailə olduğunu bildirib.

***

Ağsu rayonunda qətl törədilib.

Rayonun Gəgəli kəndində 1970-ci ilk təvəllüdlü Şamıyev Şamxal Əlikram oğlu ailə münaqişəsi zəminində öldürülüb.

Bildirilir ki, onu arvadı, 1976-cı il təvəllüdlü Şamıyeva Xalidə İkram qızı və oğlu, 2000-ci il təvəllüdlü Zeynal Şamıyev birlikdə qətlə yetirib. Ana və oğlu əvvəlcə onun əl-qolunu bağlayıblar, sonra balta ilə bədəninin müxtəlif yerlərinə vurublar.

Nəticədə kişi aldığı xəsarətdən ölüb.

Hadisə törədən ana və oğlu polisə könüllü təslim olublar.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədirlər. (apa)

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm