Neftçalada BƏDBƏXT HADİSƏ - Traktorun altında qaldı
Bizi izləyin

Hadisə

Neftçalada BƏDBƏXT HADİSƏ - Traktorun altında qaldı

Faktla bağlı araşdırma aparılır.

Neftçala rayonunda bədbəxt hadisə baş verib.

Publika.az xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Xolqarabucaq kəndində qeydə alınıb.

Həmin kəndin sakini, 64 yaşlı İbad Əliağa oğlu Rzayev idarə etdiyi "Jiquli” markalı avtomobillə hərəkətdə olarkən 25 yaşlı həmkəndlisi Şamil Xaqani oğlu Quliyevin idarə etdiyi traktorun altında qalıb. Belə ki, sürücünün idarəetməni itirməsi nəticəsində yol kənarında təmir işləri aparan traktor avtomobilə doğru hərəkət edib. “Jiquli”nin sürücüsü xilas olmaq üçün avtomobilin qapısını açıb bayıra atılmaq istəyərkən traktorun altında qalaraq dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır. (report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm