Bərdədə maşın kanala düşdü: 2 uşaq boğuldu - (YENİLƏNDİ)
Bizi izləyin

Hadisə

Bərdədə maşın kanala düşdü: 2 uşaq boğuldu - (YENİLƏNDİ)

Bərdə rayonunda avtomobilin kanala aşması nəticəsində iki uşaq boğulub.

Bərdə rayon Bəcirəvan kənd sakini Abdullayev Akif Şahmalı oğlunun idarə etdiyi "VAZ 21011" markalı avtomobil kəndin ərazisindən keçən Yuxarı Qarabağ kanalına aşıb.

A. Abdullayev sudan çıxa bilsə də, avtomobildə olan nəvələri boğulub.

10 və 11 yaşında oğlanların axtarışı aparılır.

Ağcabədidə yaşayan nəvələrin Bərdə rayonuna - bablarıgilə qonaq gəldiyi bildirilir. (apa)

***

Bərdədə avtomobil Yuxarı Qarabağ su kanalına düşüb.

Publika.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Yuxarı Qarabağ su kanalının Bərdə rayonu, Bəcirəvan kəndindən keçən hissəsinə, “VAZ” markalı minik avtomobili düşüb. Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub.

Hazırda axtarış işləri aparılır. Əlavə məlumat veriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm