• USD 1,7000 0,00% EUR 1,9570 +0,46%
    • GBP 2,2216 +0,36% RUB 0,0259 0,00%

Akif Çovdarovun məhkəməsində vəkil çıxış edib

Akif Çovdarovun məhkəməsində vəkil çıxış edib

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Publika.az xəbər verir ki, bu gün Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən Akif Əliyevin vəkili Anar Qasımlı çıxış edib. O, müdfafiə etdiyi şəxsin günahsız olduğunu və onun barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Qeyd edək ki, prokuror Akif Çovdarun 15 il, Səlim Məmmədovun 12 il, Orxan Osmanovun və Akif Əliyevin hər birinin isə 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>