Hadisə
Saxta Azərbaycan pasportu ilə sərhədi keçmək istəyən gürcü “qanuni oğru” saxlanıldı
Rusiyanın Şimali Osetiya Respublikasında üzərində saxta Azərbaycan pasportu olan gürcü “qanuni oğru” saxlanılıb.
Publika.az xəbər verir ki, Rusiyanın Şimali Osetiya üzrə Federal Təhlükəsizlik Xidmətinin sərhəd idarəsinin yaydığı məlumatda qeyd olunur ki, “Yuxarı Lars” sərhəd buraxılış məntəqəsində gürcü kriminal aləminin liderlərindən biri saxlanılıb.
O saxta sənədlərlə sərhədi keçməyə çalışıb.
“Qanuni oğru” əvvəlcə Rusiya Federasiyasının xarici pasportunu təqdim edib. Sərhədçilər sənədin doğruluğundan şübhələniblər. Daha sonra sərhəd pozucusu Azərbaycan pasportu çıxararaq onu Azərbaycan vətəndaşı kimi qeydə almağı təklif edib: “Saxlanılan şəxsin üzərində qismən və ya tam saxtalaşdırılmış bir neçə sənəd aşkar edilib və onlardan heç biri onun əsl kimliyini göstərən sənəd olmayıb”.
Daha sonra əməliyyatçılar onun Gürcüstan vətəndaşı olduğunu, həm ölkəsində, həm də Rusiyada müxtəlif cinayət əməllərinə görə dəfələrlə həbs cəzası çəkdiyini müəyyənləşdiriblər.
Saxlanan şəxsin adı açıqlanmır. (apa)
-
Avropa02:00
Azərbaycanlı jurnalist Kiyevdə vəfat etdi - FOTO
-
Magazin101:41
Azərbaycanda tanınmış müğənni üçün 2-ci dəfə TOY ÇALINACAQ - VİDEO
-
Magazin100:30
“Sonradan soyunanda göz öyrəşmir” - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: çox ciddi münaqişə baş verə bilər
-
Sosial28 Mart 22:50
Əhaliyə ŞAD XƏBƏR: pensiya və müavinətlər artırıla bilər - VİDEO
-
İdman28 Mart 22:24
UEFA-dan Avro-2024-lə bağlı YENİLİK - Yekun qərar bu tarixdə veriləcək
-
Magazin228 Mart 22:00
Sevgilisi məşhur aktrisanı döydü: "Aylarla..."
-
Sosial28 Mart 21:36
Daxili İşlər Nazirliyi əhaliyə ÇAĞIRIŞ ETDİ