FHN Qubada itkin düşən 5 yaşlı uşaqla bağlı məlumat yaydı
Bizi izləyin

Hadisə

FHN Qubada itkin düşən 5 yaşlı uşaqla bağlı məlumat yaydı

Fövqəladə Hallar Nazirliyi Qubada azyaşlının itkin düşməsi faktı ilə bağlı məlumat yayıb.

Publika.az nazirliyin saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 28 avqust 2017-ci il tarixində Quba rayonunun Əski İqrıq kəndində 2011-ci il təvəllüdlü Əliyev Natiq Namiq oğlu itkin düşüb.

Xüsusi Riskli Xilasetmə Xidmətinin, Dövlət Yanğından Mühafizə Xidmətinin, Mülki müdafiə qoşunlarının və Şimal Regional Mərkəzinin müvafiq axtarış-xilasetmə qüvvələri axtarışlara cəlb olunub.

Hələlik axtarış işləri nəticə verməyib. Əlavə məlumat veriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm