Özünü qatarın altına atan qadının əri: "Gizlicə telefon işlədirdi" - TƏFƏRRÜAT - - FOTO
Bizi izləyin

Hadisə

Özünü qatarın altına atan qadının əri: "Gizlicə telefon işlədirdi" - TƏFƏRRÜAT - - FOTO

Lənkəran rayonunda qadın özünü qatarın altına ataraq intihara cəhd edib.

Hadisə rayonun Vel kəndi ərazisində qeydə alınıb.

Lənkəran şəhər sakini, 1991-ci il təvəllüdlü Aida Cəlil qızı Əlizadə özünü yük qatarının altına ataraq özünü öldürmək istəyib.

Faktla bağlı araşdırmalara başlanılıb.

İntihara cəhd edən qadının əri Rəvan Əlizadə bildirib ki, arvadı ondan gizlin mobil telefon işlətdiyi üçün aralarında mübahisə olub: "Arvadıma mobil telefon işlətməyi qadağan etmişdim. Dörd gün bundan əvvəl gördüm ki, məndən xəbərsiz mobil telefon alıb və gizlin işlədir. Buna görə də mübahisə etdik. Bu gün evdən çıxanda mənə dedi ki, anasıgilə gedəcək. Mən nəbilim ki, gedib özünü qatarın altına atar?!"

Qeyd edək ki, Lənkəran Rayon Mərkəzi Xəstəxanasında əməliyyat edilən qadının bir ayağı amputasiya olunub. (report)

.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm