Hadisə
Mingəçevirdə 2 yaşlı körpə 4-cü mərtəbədən yerə yıxıldı
Mingəçevir şəhərində ehtiyatsızlıq nəticəsində dördüncü mərtəbədən yıxılan körpə sağ qalıb.
"Report” xəbər verir ki, hadisə şəhərin Aydın Məmmədov küçəsi 16, mənzil 57-də baş verib.
2015-ci il təvəllüdlü Yevlax rayon Havarlı kənd sakini Şərifov Murad Məhəmməd oğlu qonaq gəldikləri beşmərtəbəli binanın 4-cü mərtəbəsindəki evin eyvanından yerə yıxılıb. Yaralı körpə dərhal həmin binanın önündə yerləşən şəhər xəstəxanasına çatdırılıb. İlkin müayinələr zamanı bir sıra sınıqlar aşkar olunub. Tibbi yardım alan iki yaşlı körpə Reanimasiya şöbəsinə yerləşdirilib.
Əldə olunan məlumata görə, uşağın həyatı üçün heç bir təhlükə yoxdur. Şahidlər Murad Şərifovun yerə pəncərə torunun üzərində düşdüyünü, bu səbəbdən də ölümcül xəsarət almadığını bildiriblər.
-
Sosial20:24
Şahmar Hüseynova yeni vəzifə verildi - FOTO
-
Maraq dünyası20:15
"Tarqovı"da çiy ətdən libas geyinən qızdan QƏRİBƏ HƏRƏKƏTLƏR - VİDEO
-
Art19:36
Azərbaycan və Türkiyə birgə film çəkəcəklər - ADI AÇIQLANDI
-
Elm və təhsil19:12
Emin Əmrullayev ona VƏZİFƏ VERDİ
-
Kriminal18:12
Tulin Ələkbərovanın sevgilisi tərəfindən döyülməsi faktı araşdırıldı: nəticə... - VİDEO
-
Kriminal17:32
Faciəvi şəkildə ölən tələbənin ailəsi məhkəməyə getməkdən imtina etdi - FOTO
-
Nida Təhlil 17:11
İrəvan “Krokus”la bağlı bəyanatı rədd etdi: Kreml necə cəzalandıracaq?
-
Sosial16:58
Bu avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edildi