• USD 1,7000 0,00% EUR 2,0009 0,00%
    • GBP 2,3392 0,00% RUB 0,0231 0,00%

Fərman Kərimzadənin oğlunun apellyasiya şikayəti təmin edilmədi

  • Hadisə
  • 30 Avqust 2017 09:17
  • 678 Baxış
Fərman Kərimzadənin oğlunun apellyasiya şikayəti təmin edilmədi

Bakı Apellyasiya Məhkəməsində yazıçı Fərman Kərimzadənin oğlu Əziz Kərimzadənin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Hakim Əmir Bayramovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, Ə.Kərimzadənin apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən qüvvədə saxlanılıb.

Qeud edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əziz Kərimzadə 9 il müddətinə azadlıqdan məhrum edilib. O, apelyasiya şikayəti verərək barəsində bəraət hökmünün çxıarılmasını istəyib.

İttihama görə, Əziz Kərimzadə 4 vətəndaşdan 60 min manatdan çox pulu dələduzluq yolu ilə alıb.

O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham edilib.

Bakı şəhəri 3 saylı Hüquq Məsləhətxanasının vəkili olmuş Əziz Kərimzadə ilk dəfə 2012-ci ilin avqust ayında həbs edilib. Bakı sakini Elçin Muradov Səbail rayon Polis İdarəsinin 9-cu bölməsinə müraciət edərək bildirib ki, özünü vəkil kimi təqdim edən Kərimzadə Əziz Fərman oğlu onun 12 min manat pulunu mənimsəyib. 2012-ci ilin noyabr ayının 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində Əziz Kərimzadə və onun tanışı Azər Qurbanov 3 il müddətinə şərti azadlıqdan məhrum edilib və məhkəmə zalından azadlığa buraxılıblar. Məhkəmə hökm zamanı təqsirləndirilən şəxslərin dəymiş ziyanı ödəmələrini yüngülləşdirici hal kimi qiymətləndirib.

Hacı Zeynalov

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR