• USD 1,7000 0,00% EUR 1,9635 -0,48%
    • GBP 2,2293 -0,95% RUB 0,0257 0,00%

Siyəzəndə iki yük avtomobili toqquşdu: ölən var

Siyəzəndə iki yük avtomobili toqquşdu: ölən var

Bu gecə Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı-Quba magistral avtomobil yolunun 84-cü km-də Siyəzən rayonu ərazisində “Ford” və “MAN” markalı iki yük avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsinin baş verməsi barədə məlumat daxil olub.

Publika.az nazirliyin saytına istinadən xəbər verir ki, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunub.

“MAN” markalı avtomobildə sıxılmış vəziyyətdə qalmış 1962-ci il təvəllüdlü Sederenko Viktor Andreyeviçin cəsədi çıxarılaraq, aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat saat 03:30-da başa çatıb.

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>