Şəmkirdə qadın özünü qatarın altına atdı
Bizi izləyin

Hadisə

Şəmkirdə qadın özünü qatarın altına atdı

Şəmkir rayonun Zəyəm qəsəbəsində qeydə 1993-cü il təvəllüdlü Pərvanə İsmayılova özünü hərəkətdə olan qatarın altına atıb.

Kənd sakinlərinin Publika.az-a verdiyi məlumata görə, P.İsmayılova ağır kəllə-beyin travması alıb.

O, əvvəl Şəmkir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilsə də, həkimlərin qərarı ilə Gəncə şəhər Mərkəzi Xəstəxanasına aparılıb.

P.İsmayılovanın iki övladı var. O, bir neçə il əvvəl həyat yoldaşından ayrılıb: “Qonşu kənddə bir nəfərlə ailə qurmuşdu, bir neçə ailə əvvəl ayrılıb valideynlərinin yanında yaşayır. Kasıb ailədirlər, atası və qardaşı fəhləlik etməklə dolanışıqlarını təmin edirlər”.

Sakinlər deyir ki, P.İsmayılovanın nə üçün intihar etməsi dəqiq bəlli deyil.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm