Salyanda "07" at arabası ilə toqquşdu
Bizi izləyin

Hadisə

Salyanda "07" at arabası ilə toqquşdu

Salyanda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Publika.az xəbər verir ki, hadisə rayonun Birinci Varlı kəndində qeydə alınıb.

“VAZ 2107” markalı avtomobilin at arabası ilə toqquşması nəticəsində kənd sakinləri, 1993-cü il təvəllüdlü Göyçəyev Semra Elşən oğlu və 1990-ci il təvəllüdlü Nuriyev Dərbənd Vüqar oğlu müxtəlif dərəcəli xəsarətlər alaraq xəstəxanaya yerləşdiriliblər. S.Göyçəyev Şirvan şəhər xəstəxanası, D.Nuriyev isə Salyan rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm