Əri Rusiyada olan gəlinə qarşı qayınından DƏHŞƏTLİ ADDIM - Lənkəranda İNANILMAZ OLAY - (YENİLƏNDİ)
Bizi izləyin

Hadisə

Əri Rusiyada olan gəlinə qarşı qayınından DƏHŞƏTLİ ADDIM - Lənkəranda İNANILMAZ OLAY - (YENİLƏNDİ)

Faktla bağlı araşdırma aparılır.

Lənkəran rayon Şovu kənd sakini Rəşad Nüsrətovun qardaşının həyat yoldaşı Bahar Məmmədovaya bıçaqla xəsarət yetirməsinin təfərrüatı məlum olub.

Publika.az-ın kənd sakinlərindən əldə etdiyi məlumata görə, hadisəyə səbəb B.Məmmədovanın telefonundakı mesajlar olub:

R.Nüsrətov B.Məmmədovanın telefonunda əvvəl qonşuları olmuş, heç bir qohumluq əlaqələri olmayan bir kənd sakininin nömrəsini görüb. Yad kişinin nömrəsinin onda nə üçün olduğunu soruşub. Telefona baxanda həmin şəxsdən qadına əxlaqsız məzmunlu mesajların göndərildiyini görüb. Buna görə də aralarında münaqişə başlayıb. Münaqişə zəminində o, qardaşının həyat yoldaşını bıçaqlayıb.

R.Nüsrətovun qardaşı isə hazırda Rusiyadadır. Sakinlər deyir ki, o işlədiyi üçün ilin bəzi aylarını Rusiyada olur.

Hadisə nəticəsində xəsarət alan B.Məmmədova xəstəxanadadır. R.Nüsrətov isə polis tərəfindən saxlanılıb. Araşdırma aparılır.

***

Lənkəran rayonunda qayın qardaşı arvadını bıçaqlayıb.

Publika.az xəbər verir ki, hadisə Şovu kəndində baş verib.

Kənd sakini Nüsrətov Rəşad Müqabil oğlu Rusiyaya işləməyə gedən qardaşının həyat yoldaşı 25 yaşlı Məmmədova Bahar Fərman qızına bıçaqla xəsarətlər yetirib. Çoxlu qan itirən yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq əməliyyat olunub. Hadisəni törətməkdə şübhəli bilinən R.Nüsrətov saxlanılaraq istintaqa cəlb olunub. Hadisənin qısqanclıq zəminində baş verdiyi deyilir.

Faktla bağlı araşdırma aparılır.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm