Ağdamda bir ailənin 6 üzvü zəhərləndi
Bizi izləyin

Hadisə

Ağdamda bir ailənin 6 üzvü zəhərləndi

Ağdamda bir ailənin 6 üzvü qidadan zəhərlənib.

Publika.az xəbər verir ki, hadisə rayonun Zəngişalı kəndində baş verib. Kənd sakinləri 1995-ci il təvəllüdlü Süleymanova Nərmin Mətləb qızı, 1992-ci il təvəllüdlü Süleymanov Nicat Şöhlət oğlu, 1988-ci il təvəllüdlü Həsənova Nüranə Üzeyir qızı, 1970-ci il Süleymanova Telli Səməd qızı, 1964-cü il təvəllüdlü Süleymanova Radə Mirzalı qızı, 1959-cu il təvəllüdlü Həsənova Bəsurə Səməd qızı, 1935-ci il təvəllüdlü Süleymanova Zərifə Həsən qızı ev şəraitində bişirilmiş peraşkidən zəhərlənib.

Zəhərlənənlər Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Xəstəxanadan verilən xəbərə görə, zəhərlənənlərin vəziyyəti orta ağırdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm