Hadisə
Ukraynada azərbaycanlı sürücü döyüldü
Ukraynanın Donetsk şəhərində mübahisə zəminində azərbaycanlını döyərək ağır xəsarət yetiriblər.
Publika.az xəbər verir ki, xəsarət alan şəxs əslən Azərbaycanın Xaçmaz rayonundan olan, 1977-ci il təvəllüdlü Məhərrəmov Məhərrəm Şirbala oğludur.
Sentyabrın 8-də axşam saatlarında şəhərə daxil olan azərbaycanlı sürücü ilə yerli sürücülərdən biri arasında yol hərəkəti qaydalarına görə mübahisə yaranıb. Mübahisə zamanı digər avtomobildə olan iki nəfər azərbaycanlı sürücünü təhqir ediblər. Nəticədə əlbəyaxa dava düşüb. Məhərrəm Məhərrəmov onlar tərəfindən döyülüb. Onu döyən şəxslər hadisə yerindən qaçıblar.
M. Məhərrəmov Donetskdəki xəstəxanaların birinə yerləşdirilib , vəziyyəti orta ağırdır.
Qeyd edək ki, Donetsk şəhəri tanınmayan “Donetsk Xalq Respublikası”nın nəzarətindədir. (apa)
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
-
Qoroskop00:15
Günün ULDUZ FALI: münasibətlər gərginləşə bilər
-
MDB18 Aprel 23:12
Bu ölkədə falçı və cadugərlərlə bağlı SƏRT QƏRAR VERİLƏCƏK
-
Magazin118 Aprel 22:48
Məşhur xanəndə ONLARI QINADI: "Bu saat necə gəldi geyinirlər" - FOTO
-
Səhiyyə18 Aprel 22:36
Ürək ritminin pozulmasının YENİ TƏHLÜKƏSİ: Hər beşinci insan...
-
Region18 Aprel 21:48
Türkiyədəki dağıdıcı zəlzələnin görüntüsü yayıldı: yaralılar var - VİDEO