3 uşaq atası marixuanaya görə tutuldu
Bizi izləyin

Hadisə

3 uşaq atası marixuanaya görə tutuldu

Yevlaxda narkotik maddələrin daşınması və saxlanılmasında şübhəli bilinən şəxs tutulub.

Rayon Polis şöbəsindən "Report"a verilən məlumata görə, 53 yaşlı Havarlı kənd sakini Cəlal Qəhrəmanov rayon polisinin əməliyyat-axtarış tədbirləri zamanı ələ keçib.

Polis əməkdaşları xuliqanlıq maddəsi ilə axtarışda olan kənd sakinini saxlamaq istəyərkən o, qaçmağa cəhd edib. Amma məqsədinə nail ola bilməyib. Saxlanıldıqdan sonra C.Qəhrəmanovun evinə baxış keçirilib. Onun üzərindən sellofon torbada və yaşadığı ikimərtəbəli evin 1-ci mərtəbəsində narkotik tərkibli vasitə olan marixuana aşkarlanıb. 53 yaşlı kişi narkotik tərkibli bitkiləri kəndin yaxınlığındakı meşəlik ərazidən tapdığını deyib.

Üç uşaq atası olan C.Qəhrəmanov törətdiyi əməldən peşman olduğunu deyib.

Qeyd edək ki, 53 yaşlı Yevlax sakini əvvəllər də xuliqanlıq maddəsilə təqsirli bilinərək bir dəfə məhkumluq həyatı yaşayıb.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm