Azərbaycanda həbsxanada silahlı insident: 19 yaşlı əsgər yaralandı - YENİLƏNİB
Bizi izləyin

Hadisə

Azərbaycanda həbsxanada silahlı insident: 19 yaşlı əsgər yaralandı - YENİLƏNİB

Salyanda silahlı insident qeydə alınıb.

Publika.az report-a istinadən verdiyi məlumata görə, hadisə rayonun Yenikənd kəndindəki 5 saylı cəzaçəkmə müəssisəsində baş verib.
Həmin müəssisədə xidmət edən Ağstafa sakini, 19 yaşlı Əyyam Mamay oğlu Əyyublu odlu silahdan açılan atəş nəticəsində güllə yarası alaraq Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Yaralı dərhal əməliyyat olunub. Onun vəziyyətinin ağır olduğu bildirilir.

İlkin məlumata görə, insident yaralı ilə xidmət yoldaşı arasında mübahisə zəminində baş verib.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm