Goranboyda yük avtomobili aşdı
Bizi izləyin

Hadisə

Goranboyda yük avtomobili aşdı

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

Bakı-Qazax magistral yolunda sürücünün xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Publika.az xəbər verir ki, hadisə yolun Goranboy rayonu Borsunlu kəndi ərazisində qeydə alınıb.

Tovuz rayon sakini, 1959-cu il təvəllüdlü Qasımzadə Asif idarə etdiyi “QAZel” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşın yolun kənarına aşıb.

Qəza zamanı sürücü xəsarət alaraq Goranboy rayon Mərkəzi xəstəxanasına yerləşdirilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır. (apa)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm