Xızıda daha 156 ədəd partlamamış hərbi sursat aşkarlandı
Bizi izləyin

Hadisə

Xızıda daha 156 ədəd partlamamış hərbi sursat aşkarlandı

Xızı rayonu ərazisində yerləşən Müdafiə Nazirliyin N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) yerli sakinlər tərəfindən daxil olmuş zənglərə əsasən Giləzi qəsəbəsi və Sitalçay kəndi ərazisində 1 evin yaxınlığına, 1 əkin və 1 otlaq sahəsinə, partlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirilib, 156 ədəd partlamamış hərbi sursat (PHS), 116 ədəd partlamış-yanmış mərmi qalıqları və 977 kq yandırma aşkar edilərək götürülüb.

Publika.az ANAMA-ya istinadən xəbər verir ki, nəticə etibarilə 1 734 000 kv.m (173.40 ha) ərazi yoxlanılıb.

Ümumiyyətlə, 17 gün ərzində 12 ev, 44 evin həyətyanı sahəsinə, 9 ferma ərazisinə, 21 əkin sahəsinə, 10 otlaq sahəsinə, 2 məktəb ərazisinə, 3 dəmiryolu xətininə, 1 rabitə qovşağına, 1 telestudio ərazisinə, 1 kənd qəbirstanlığına, 1 su kanalına, 1 istixanaya, 1 hərbi şəhərciyə, 1 kənd məscidinin yaxınlığına, su stansiyasına, Bakı-Novorossiysk neft kəmərin Xızı rayonundan keçən hissəsinə, balıqçılıq və zeytunçuluq təsərrüfatına, eko-turizmin həyətyanı sahəsinə, dəniz sahilinə, taxıl anbarının yaxınlığına yol kənarına, Samur-Abşeron kanalı istismar idarəsinin Taxta körpü-Ceyranbatan kanalının içərisinə, ətrafına, dükerlərə baxış keçirilib, 4 315 ədəd partlamamış hərbi sursat (PHS), 3 112 ədəd partlamış-yanmış sursat qalıqları və 4 097 kq yandırma aşkar edilərək götürülüb, nəticə etibarilə 30 928 759 kv.m (3 092.88 ha) ərazi yoxlanılıb.

Bununla yanaşı, Xızı rayonun Giləzi qəsəbəsi, Sitalçay və Şurabad kəndləri ərazisində 5 983 nəfər yerli sakin arasında mina təhlukəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm