İsmayıllıda güclü yanğın
Bizi izləyin

Hadisə

İsmayıllıda güclü yanğın

Bu gün saat 14:30 radələrində İsmayıllıda yüksək dağlıq ərazidə yanğın hadisəsi baş verib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Publika.az-a verilən məlumata görə, yanğın rayonun Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Basqal meşəbəyliyinin Zərgəran kəndi yaxınlığındakı dağlıq ərazidə baş verib.

Yanğının söndürülməsi üçün dərhal əraziyə Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar Nazirliklərinin yerli qurumlarının nümayəndələri cəlb olunub. Hazırda yanğının digər ərazilərə keçməsinin qarşısının alınması və söndürülməsi istiqamətində operativ tədbirlər görülür.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm