Su motoru 31 yaşlı qadını xəstəxanaya saldı
Bizi izləyin

Hadisə

Su motoru 31 yaşlı qadını xəstəxanaya saldı

Samux rayonunun Qarabağlılar kəndində 31 yaşlı qadını elektrik cərəyanı vurub.

Publika.az xəbər verir ki, 1986-cı il təvəllüdlü Sürəyya Kamaləddin qızı Nağıyeva həyətyanı sahədə su motorunu işə saldığı zaman onu elektrik cərəyanı vurub. Qadın ağır vəziyyətdə əvvəlcə Samux Rayon Mərkəzi Xəstəxanasına, oradan isə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb. Hazırda reanimasiya şöbəsində müalicəsi davam etdirilir, vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm