Hacıqabulda iki piyadanı avtomobil öldürdü
Bizi izləyin

Hadisə

Hacıqabulda iki piyadanı avtomobil öldürdü

Hacıqabulda piyadaların vurulması ilə nəticələnən yol qəzası baş verib.

Publika.az “Report”a istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında Bakı-Qazax magistral yolunun 110-cu kilometrliyində, rayonun giriş hissəsindəki körpüdə qeydə alınıb.

Həmin körpüdə dayanan 2 piyadanı avtomobil vurub. Müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına aparılarkən yolda keçiniblər.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm