“Kanal 13”-ün direktorunun işi məhkəməyə göndərildi
Bizi izləyin

Hadisə

“Kanal 13”-ün direktorunun işi məhkəməyə göndərildi

“Kanal 13” internet televiziyasının direktoru Əziz Orucov barəsində olan cinayət işi üzrə istintaq yekunlaşıb və cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Publika.az xəbər verir ki, bu barədə Əziz Orucovun vəkili Cavad Cavadlı bildirib. İş yaxın günlərdə icraata veriləcək.

Əziz Orucov barəsində Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq, külli miqdarda gəlir əldə etməklə törədildikdə) və 308-ci (vəzifə saxtakarlığı) maddəsi ilə ittiham olunur.

Əziz Orucovun barəsində bu il iyulun 1-də cinayət işi başlanıb. Cinayət işi Baş Prokurorluğun Ağır Cinayətlər üzrə İstintaq İdarəsində araşdırılıb.

Hacı Zeynalov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm