Şəmkir sakini döyülərək bıçaqlandı
Bizi izləyin

Hadisə

Şəmkir sakini döyülərək bıçaqlandı

Şəmkirdə yerli sakin döyülüb və sonra bıçaqlanıb.

"Report"un məlumatına görə, hadisə rayonun Dəllər Cəyir kəndində baş verib.

1980-ci il təvəllüdlü Əli Rafiq oğlu Rəhimov sərxoş halda kimliyi hələ ki məlum olmayan şəxslərlə mübahisə edib. Mübahisə dava ilə nəticələnib. Dava zamanı Ə.Rəhimov döyülüb, daha sonra isə çoxsaylı bıçaq xəsarətləri alıb. Ağır yaralanan şəxs xəstəxanaya yerləşdirilib. Əməliyyat olunduqdan sonra travmatologiya şöbəsində müalicəsi davam etdirilən yaralının vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm