Qax sakini evində ölü tapıldı
Bizi izləyin

Hadisə

Qax sakini evində ölü tapıldı

Hadisə Qax şəhərində qeydə alınıb.

Qaxda 44 yaşlı kişi evində ölü tapılıb.

Publika.az xəbər verir ki, hadisə Qax şəhərində qeydə alınıb.

Şəhər sakini, 1973-cü il təvəllüdlü Mehdi Bəhram oğlu Bayramov şəhərin Səməd Vurğun küçəsində yaşadığı evdə anası tərəfindən ölü tapılıb.

Məlumata görə, M.Bayramov anası ilə birlikdə yaşayıb. Anası iki gün müddətində işləmək üçün evdən ayrılıb və Mehdi evdə tək qalıb. Oğlundan xəbər tuta bilməyən ana evə gələndə övladını ölü tapıb.

Mərhumun yaxınlarının bildirdiyinə görə, M. Bayramov son zamanlar içkiyə qurşanıb. (report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm