Metroda İNSİDENT: xanım sərnişin maşinisti təhqir etdi
Bizi izləyin

Hadisə

Metroda İNSİDENT: xanım sərnişin maşinisti təhqir etdi

Dünən Bakı metrosunda insident baş verib. Məlumata görə, sərnişinlərdən biri maşinisti təhqir edib.

“Bakı Metropoliteni”QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Publika.az-a açıqlamasında faktı təsdiq edib.

“Hadisə metronun “28 May”stansiyasında baş verib. Bir qadın qapıların bağlandığı elan ediləndən sonra qatardan düşmək istəyib. Bu zaman da qapılar bağlanıb, qolu qapının arasında qalıb. “Nizami”stansiyasında qadın qatardan enərək maşinisti söyüb, qışqışıb, təhqir edib. Maşinist isə sadəcə “Sağ ol!” deyib. Onlar arasında başqa bir mübahisə yaşanmayıb”-deyə, N.Paşayev əlavə edib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm