Fikrət Fərəməzoğluna bəraət verilmədi
Bizi izləyin

Hadisə

Fikrət Fərəməzoğluna bəraət verilmədi

Həbsdə olan Jam.az saytının baş redaktoru Fikrət Fərəməzoğlunun hökmdən verdiyi apelyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Publika.az-ın xəbərinə görə, bu gün Bakı Apelyasiya Məhkəməsində hakim Namiq Məmmədovun sədrliyilə baş tutan prosesdə Fikrət Fərəməzoğlunun apelyasiya şikayəti təmin edilməyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Fikrət Fərəməzoğlu 7 il müddətinə azadlıqdan məhrum edilib. O, hökmdən apelyasiya şikayəti verib və barəsində bəraət hökmünün çıxarılmasını istəyirdi.

İttihama görə, Xətai rayonundakı restoranlardan birinin sahibi olan paytaxt sakini DİN-ə müraciət edərək İbişbəyli Fikrət Fərəməz oğlunun rəhbəri olduğu Jam.az və digər saytlarda obyektinin işgüzar nüfuzuna xələl gətirən materiallar yaydığını, həmin yazıları saytdan çıxarmaq müqabilində bu ilin aprel ayında ondan 1000 manat aldığını və gələcəkdə bu səpkili materialların yazılmaması üçün hər ay 5000 manat tələb etdiyini bildirib.

Aparılan araşdırmalarla müraciətdə göstərilən xüsusatlar təsdiqini tapıb və Fikrət İbişbəyli iyunun 30-da həmin şəxsdən eyni üsulla 3000 manat alarkən saxlanılıb.

Hacı Zeynalov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm