Şəkidə oğul 83 yaşlı atasını döydü
Bizi izləyin

Hadisə

Şəkidə oğul 83 yaşlı atasını döydü

Şəkidə 83 yaşlı kişi oğlu tərəfindən döyülüb.

APA-nın məlumatına görə, sentyabrın 18-i axşam saat 20 radələrində rayonun Sarıca kənd sakinləri 1934-cü il təvəllüdlü Hidayət Mürsəl oğlu Musayev və oğlu Ruslan Musayev döyülmə xəsarətləri ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) müraciət ediblər.

MRX-dan verilən məlumata görə, müayinə zamanı məlum olub ki, 83 yaşlı Hidayət Musayevin Elman adlı oğlu atasını və qardaşı Ruslanı döyərək onlara müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Reanimasiya şöbəsinə yerləşdirilən Hidayət Musayevə qapalı kəllə-beyin travması qoyulub, vəziyyəti orta-ağır qiymətləndirilir. Ruslanın xəsarəti yüngül olduğundan müayinə edildikdən sonra evə buraxılıb.

Şəki Şəhər-rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə ailə münaqişəsi zəminində baş verib, araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm