Atalığından övlad dünyaya gətirən 12 yaşlı qızın UŞAĞI KİMƏ VERİLƏCƏK?
Bizi izləyin

Hadisə

Atalığından övlad dünyaya gətirən 12 yaşlı qızın UŞAĞI KİMƏ VERİLƏCƏK?

Balakəndə atalığından hamilə qalan 12 yaşlı qızın dünyaya gətirdiyi uşağı anası himayəsinə götürəcək.

Bu barədə Publika.az-a “Azərbaycan Uşaq Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib.

O, qızın səhhətinin normal olduğunu bildirib: “Həkimlər müvafiq əməliyyatdan sonra lazım olan bütün tədbirləri görürlər. 12 yaşlı qızın səhhəti normaldır. Uşaq süni nəfəs aparatına qoşulub. Ümid edirik ki, uşaq üçün də hər şey qaydasında olacaq. Ailə uşaqdan imtina etmir, çünki uşağın heç bir günahı yoxdur”.

Qeyd edək ki, Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun həkimlərin hamiləliyin davam etdirilməsi ilə bağlı qərar verib, ana və uşağın səhhətinin normal olduğunu bildirmişdilər. Sentyabrın 14-də isə qəfildən qızın səhhəti pisləşdiyindən təxili əməliyyatla uşaq qeysəriyyə yolu ilə dünyaya gəlib.

Balakən qeyri-rəsmi nikahda yaşadığı qadının qızını zorlayaraq hamilə qoyan Şindiyev Elçin Qədir oğlu barəsində istintaq dövrü üçün 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm