FHN Salyandakı qəza ilə bağlı məlumat yaydı (YENİLƏNDİ)
Bizi izləyin

Hadisə

FHN Salyandakı qəza ilə bağlı məlumat yaydı (YENİLƏNDİ)

Fövqəladə Hallar Nazirliyi Ələt-Astara yolunda 4 nəfərin ölümü ilə nəticələnən qəza ilə bağlı məlumat yayıb.

Publika.az FHN-nin saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Ələt-Astara magistral avtomobil yolunun Salyan rayonu ərazisindən keçən hissəsində “VAZ” və “Mercedes” markalı iki minik avtomobili toqquşub. Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzinin xilasediciləri dərhal hadisə yerinə cəlb olunub. Xilasedicilər sıxılmış vəziyyətdə qalmış 4 nəfərin cəsədini “VAZ” markalı minik avtomobilindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 21:10-da başa çatıb.

***

Salyanın Sarvan kəndində ağır yol qəzası nəticəsində ölən 4 nəfərdən ikisinin şəxsiyyəti məlum olub.

Qəza "18-BX-161" dövlət qeydiyyat nişanlı "VAZ-2106" markalı minik maşını ilə "15 BL-860" dövlət qeydiyyat nişanlı "Mercedes"in toqquşması nəticəsində baş verib.

Hadisə yerində 4 qadın ölüb. Onlardan birinin adı Arzu, digərininki isə Sevincdir. Qadınlar Ələt-Astara magistral yolunun hələ istifadəyə verilməyən hissəsinin tikintisi ilə məşğul olan şirkətin əməkdaşları olublar.

Qadınlardan 3-ü Salyanın Stansiya yaşayış massivi (20 Yanvar küçəsi), digər biri isə Plastik yaşayış massivinin sakini olub.

Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

***

Yeni inşa olunan Ələt-Astara avtomobil yolunda "Mercedes" və "VAZ 2106" markalı iki avtomobilin toqquşması nəticəsində 4 qadın hadisə yerində ölüb, 3 nəfər xəsarət alıb.

Publika.az xəbər verir ki, hadisə Ələt-Astara yolunun Salyan rayonu ərazisindən keçən hissəsində baş verib.

Məlumata görə, hadisə yeni inşa olunan mağıstral yolun istismara verilməyən hissəsində baş verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm