Tanınmış jurnalist ürəyindən əməliyyat olundu - (YENİLƏNDİ)
Bizi izləyin

Hadisə

Tanınmış jurnalist ürəyindən əməliyyat olundu - (YENİLƏNDİ)

Azər Hüseynbalanın oğlu Turqut Publika.az-a bildirib ki, dünən qəflətən atasının təzyiqi yüksəlib, halı pisləşib:

“Birdən-birə narahat oldu. Gecə ilə gətirdik Mərkəzi Klinik Xəstəxanaya. Bu gün səhər saatlarında əməliyyat olunub. Hazırda reanimasiyadadır. Həkimlərin dediyinə görə, əməliyyat uğurlu keçib, hazırda vəziyyəti stabildir. Həkim nəzarətində saxlanılır”.

***

Tanınmış jurnalist Azər Hüseynbala infarkt keçirib.

Bu barədə jurnalistin oğlu Turqut məlumat verib. Onun sözlərinə görə, A. Hüseynbala ötən gün ağır vəziyyətdə Mərkəzi Klinik Xəstəxanasına yerləşdirilib.

Jurnalist bu gün əməliyyat olunacaq. (apa)

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm